Share

Gənclik formulu

Yaşlanmanı dayandırmaq, aradan qaldırmaq mümkün deyil. Amma yaşlanmanın az da olsa qarşısını almaq bizim əlimizdədir. Yaşlanmanın təsirlərini gecikdirmək üçün bəzi insanlar müxtəlif növ qida dəstəyi almağı düşünürlər. Lakin, yaşlanmağa səbəb olan qidalardan mümkün qədər uzaq olaraq, hərəkətliliyimizi artırmaqla daha gənc və sağlam həyata sahib olmaq olar.Daha gənc olmaq üçün;

Müvafiq bədən çəkisini qorumalı, meyvə və tərəvəz qəbulun artırmalı, az kalorili vitamin, mineral, lif baxımından zəngin olan qidalardan gündə ən azı 5 dəfə qəbul edilməlidir.

Mövsümə uyğun hər növ meyvə və tərəvəz yeyilməlidir. Qabıqlı yeyilən meyvələrin qabığını soymadan və ya soymaq lazımdırsa mümkün qədər incə soyaraq yemək lazımdır. Qida tərkibinə görə ən faydalı tərəvəzlər tünd yaşıl və çox yarpaqlı olanlardır.

Su qəbuluna diqqət edilməli;

Su, qidaların həzminə, hüceyrələrə daşınmasına, bədəndə yaranan toksiki maddələrin atılmasına, bir sözlə bədənə nəzarət funksiyaları baxımından vacibdir. Gündə ən azı 1,5-2 litr su qəbul edilməlidir. Alkoqol və kofein qəbulunu tamamilə azaltmaq lazımdır.

Yemək vərdişləri nizamlanmalı;

Yemək, az və tez aralıqlarla yeyilməlidir. Günə mütləq səhər yeməyi ilə başlanmalıdır. Günorta ilə səhər yeməyi arasındakı fərq 2.5-3 saat olaraq nizamlanmalı və mümkün qədər yavaş yemək lazımdır.
Hər naharda tərəvəz və salata yer verilməlidir. Kalorisi az olan qidalara üstünlük vermək məsləhətdir. Yeməklərdə duru yağdan istifadə edilməli, qəbul edilən duz və şəkərin miqdarı azaldılmalıdır.

Kifayət qədər zülal qəbul edilməli;

Yumurta, yağsız ət, balıq, süd və süd məhsulları, paxla kimiləri zülal ilə zəngin qidalardır. Xüsusilə balıq ətinə üstünlük verilməli, ət xörəklərinə yağ əlavə edilməməlidir.
Həftədə ən azı iki dəfə balıq və paxla kimilər, gündə orta hesabla 2 stəkan az yağlı süd və qatıq qəbul edilməlidir.
Pəhrizdə tərkibində antioksid olan qidalara yer verilməli;

Antioksid adlandırdığımız elementlər hüceyrələrə sərbəst radikalların ziyan verməsinin qarşısını alır. Bədəndə sərbəst radikalların yaranması və bunların təsirsiz hala gətirilməsi müəyyən vaxt alır. Lakin, irəliləyən yaş, səhv qidalanma nəticəsində bədəndə antioksid çatışmazlığı yarana bilər və bunun nəticəsində hüceyrələr ziyan görə bilər.
Bədəndəki antioksidləri artırmağın ən yaxşı yolu antioksid ilə zəngin olan qidaların qəbul edilməsidir. Ət, balıq, yumurta, kartof, buğda, soya yağı, düyü, lobya kimi Koenzim Q10 mənbələri. Süd, tünd yaşıl yarpaqlı tərəvəzlər, yerkökü, ərikkimi A vitamini mənbələri.

Yaşıl bibər, kivi, sitrus bitkiləri, gül kələmi, çiyələk, pomidor, yaşıl yarpaqlı tərəvəzlər kimi C vitamini mənbələri. Qarğıdalı yağı, günəbaxan yağı, qoz-fındıq, badam kimi yağlı toxumlar, ton balığı kimi E vitamini mənbələri.

Fındıq, qoz, dəniz məhsulları, toyuq kimi selenium qaynaqlarına gündəlik qidalarımızda yer verməliyik. Bundan başqa qidalanmamızda soğan, sarımsaq, yaşıl-qara çay, pomidor, pomidor suyu, tomat, qarpız, üzüm, zeytun yağı, paxlakimilər kimi qidaları həddi aşmamaq şərti ilə qəbul edə bilərik.

Tərkibində lif olan qidaları artırmalı;

Ağ unun yerinə mümkün qədər kəpəkli, çovdar, buğda unu, düyü yerinə yarmadan istifadə etmək məsləhətdir. Bədəndə zəifliyə, yaşlanmağa səbəb olan qidalardan uzaq olmaq lazımdır. Bunlar tərkibi bilinməyən hazır yeməklər, qatqı maddələri, qoruyucular, tərkibində rəngləndirici maddələr olan qidalar, qaymaq, krem, mayonez kimi yağlı qidalar, sosiska, kolbasa kimi yağlı və işlənmiş ətlər, qızartma, marqarin, kola, limonad kimi içkilərdir.

Qidalanmağımıza bu cür diqqət etsək, müntəzəm olaraq idmanla məşğul olsaq, stresslə başa çıxmağın yollarını öyrənsək hər birimiz sağlam və rahat yaşlılıq dövrü keçirərik və yanlış həyat tərzinin yaşla bərabər gətirdiyi mənfi fəsadlardan qorunmuş olarıq.